Hacı Nurandan tənqidlərə cavab: "Neçə xəstənin əlindən tutmusunuz?"


Şou-biznes 26 İyn 2018 10:21:00 296 0

Hacı Nurandan tənqidlərə cavab: "Neçə xəstənin əlindən tutmusunuz?"

Hacı Nuran Hüseynovu ziyarətə gedənlərin onunla birgə şəkil çəkdirib sosial şəbəkədə yayması tənqid olunub

Ağciyərində onkoloji şiş tapılan "Həyat" fondunun rəhbəri .

Son.az oxu.az-a istinadla xəbər verir ki, ən çox qınaq obyektinə çevirilən hadisə isə onun atının xəstəxanaya gətirilməsi olub.

Bununla bağlı Hacı Nuran sosial şəbəkədə paylaşım edib. O, bütün iradlara cavab verib:

"Həmişə sürpriz etməyi sevmişəm. Mənə də sürprizlər edəndə sevinmişəm. Həyatın mənə etdiyi sürprizlərə də hazır olmuşam. Allaha inamım mənə bəs edir ki, bu həyatın müvəqqəti olduğunu qəbul edim.

Əlimdə olan ən balaca şansı da xidmət etməkdə gördüm. Kömək edəndə də Allaha xoş əməllərlə yaşamağa çalışdım. Xəstəlik gözlənilməyən qonaq kimidir. Nə vaxta istəsə, o vaxt da gəlir. Getmək vaxtını da özü bilir. Mənim pis vəziyyətimdə mənə mənəvi dayaq olan hər kəsə "sağ olun" deyirəm, haqqınızı halal edin.