Stalinin sirr saxladığı məşuqələri FOTO


Dünya 26 İyn 2018 09:46:00 355 0

Stalinin sirr saxladığı məşuqələri  FOTO

SSRİ rəhbəri İosif Stalinin şəxsi həyatı hər nə qədər gizli saxlanılsa da, onun da məşuqələrinin və nikahdankənar uşaqlarının olub. İstər inqilabçı olduğu illərdə, istərsə də ölkə rəhbərliyinə keçdikdən sonra Stalinin qadınlara olan marağı danılmazdır. 

Son.az qafqazinfo-ya istinadən Stalinin mediaya məlum olan 4 məşhur məşuqəsini təqdim edir: 

Matrena Kuzakova 

1909-1911-ci illərdə gənc inqilabçı Voloqodsk quberniyasının Solvıçeqodsk şəhərinə sığınmışdı. O, bu şəhərdə dul qadın Matrenanın evinə tez-tez gedib-gəlirdi. Matrena evin bütün təsərrüfat işlərini özü görürdü: həyət-bacanı süpürür, qarı təmizləyir, ağacları budayırdı...

Bütün gün işləyən gənc qadın İosifin diqqətini çəkir və ona ev işlərində kömək etmək qərarına gəlir. Tezliklə onlar arasında eşq macərası yaşanır. Bu münasibətdən öz sarışın bacı və qardaşlarından fərqlənən qarasaçlı oğlan uşağı dünyaya gəlir. Düzdür, Stalin uşağın üzünü heç vaxt görmədi. Sürgün müddəti başa çatdıqdan sonra inqilabçı fəaliyyətinə yenidən başlayan Stalin şəhəri tərk edir. Matrena uşağa Konstantin Stepanoviç adını verir. 

70-ci illərin əvvəllərində Şabolovkda "Kuzakov" soyadlı redaktor peyda olduqda onun Stalinin oğlu olması haqda şayiələr yayılmağa başladı. Konstantin ölümündən əvvəl isə bu şayiələrin doğru olduğunu təsdiqlədi: o, 1996-cı ildə "Arqumentlər və faktlar" qəzetinə müzahibəsində əsl atasının kimliyini hələ uşaqkən anasından öyrəndiyini etiraf edir. Ancaq dövlət təhlükəsizlik orqanları ilə Konstantin arasında bu adın açıqlanmaması haqda razılıq əldə olundu. 

Deyilənə görə, Konstantinin Stalinin oğlu olması onu 1947-ci ildə həbsdən xilas edib. "Atom casusluğu"nda ittiham olunan Konstantinin adı Beriyanın hazırladığı günahkarlar siyahısında olsa da, o həbs olunmur.

Stalin Kremldə yüksək vəzifə tutduqdan sonra Matrena Kuzakovaya Moskvada mənzil də bağışlayıb. 

Lidiya Pereprıqina 

1913-1916-cı illərdə Turuxan əyalətində olan Stalin Kureyka kəndində İona və Lidiya Pereprıqina adlı yetim bacı-qardaşın evində olur. Stalinlə evin 14 yaşlı xanımı Lidiya arasında yaxınlaşma olur. 

Stalinin yetkinlik yaşına çatmayan qızla münasibəti 1956-cı ildə Nikita Xruşşovun İosifi ifşa etmək üçün onun şəxsiyyəti əleyhinə dəlilləri toplaması zaman üzə çıxdı. Təhlükəsizlik orqanları hər şeyi nöqtəsinədək aydınlaşdırdı. Lidiya Stalindən iki uşaq dünyaya gətirib. İlk övladı körpə ikən ölüb, ikinci oğlu Aleksandr isə Stalinin Kureykanı tərk etməsindən sonra dünyaya gəlib. 

Sibirlilərin əksəriyyəti azyaşlı qızın uşaq dünyaya gətirməsinə laqeyd yanaşsa da, qardaşı İona onun hamiləliyini öyrənən kimi jandarmaya müraciət edir. Stalin qızla evlənəcəyinə söz verməklə canını həbsdən qurtarır. Ancaq o, sözünün üstündə durmur. 

Lidiya daha sonra Yakov Davıdov adlı həmyerlisinə ərə gedir. Oğlu Aleksandr isə İkinci Dünya Müharibəsi zamanı poçtalyon işləyib, cəbhədə iki dəfə yaralanıb, "mayor" rütbəsinədək yüksəlib. Daha sonra o, Novokuznetskdə restoran direktoru olub. 

Konstantin Kuzakov kimi, 1935-ci ildə Aleksandr Davıdovla təhlükəsizlik orqanları arasında atasının kimliyinin açıqlanmaması haqda gizli razılaşma əldə olunub. 


Xəbərə aid fotolar