Birləşmiş Ştatlar Azərbaycan əhalisini təhlükəli xəstəliklərdən qorumağa yardım edir


Digərləri 26 İyn 2018 09:46:00 283 0

Birləşmiş Ştatlar Azərbaycan əhalisini təhlükəli xəstəliklərdən qorumağa yardım edir

ABŞ-ın Azərbaycandakı Səfirliyi və Azərbaycanın Səhiyyə Nazirliyi Bakı və paytaxtdan kənarda yaşıyan vətəndaşlarının sağlamlığını gücləndirmək üçün birgə çalışırlar.

Bakı. ABŞ-ın Azərbaycandakı Səfirliyi və Azərbaycanın Səhiyyə Nazirliyi Bakı və paytaxtdan kənarda yaşıyan vətəndaşlarının sağlamlığını gücləndirmək üçün birgə çalışırlar. Belə ki, səfirlikdən Trend-ə verilən məlumata görə, 21 iyun tarixində ABŞ-ın Azərbaycandakı Səfirliyi və Səfirliyin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi xüsusi təhlükəli patogenlərdən qorumaq və araşdırmalar aparmaq üçün Azərbaycanın Səhiyyə Nazirliyinə 55 min ABŞ dolları dəyərində avadanlıq təhvil verib. Bu, Azərbaycanın təhlükəli xəstəliklərinin aşkarlanması və qarşısının alınması imkanlarının güçləndirilməsi üçün uzunmüddətli layihənin bir hissəsidir.