“Ermənistan heç vaxt müharibəyə başlamayacaq”


Siyasət 26 İyn 2018 09:27:00 270 0

“Ermənistan heç vaxt müharibəyə başlamayacaq”

"Son zamanlar atəşkəs rejiminin pozulması halları inanılmaz dərəcədə aşağıdır".

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook"da canlı yayım zamanı bildirib. O, Dağlıq Qarabağda son zamanlar yaranmış situasiyanı belə şərh edib:

"Orta statistik göstəricilərə görə, mən baş nazir seçiləndən sonra arəşkəs rejiminin pozulması halları azalıb. Ancaq təəssüf ki, bəzi itkilərimiz var. Azərbaycan qoşunları ön cəbhəyə toplanır. Bəzən onların sayında artma, bəzən azalma müşahidə olunur. Naxçıvan tərəfdə gərginlik var. Biz hər an müharibəyə hazır olmalıyıq. Mən demirəm, vəziyyət çox pisdir. Vəziyyət əvvəlki illərdəki kimidir. Ancaq hər halda münaqişə həll olunmayıb. Biz yarı-müharibə vəziyyətindəyik. Hər an dəyişiklik ola bilər. Biz çox işləməliyik, Müdafiə Nazirliyi də öz işini görməlidir. Demirəm ki, narahatlığa ehtiyac yoxdur, ancaq "ehtiyac var" da söyləmirəm". 

Paşinyan Ermənistanın heç vaxt müharibəyə başlamayacağını da qeyd edib:

"Biz orduda sui-istifadə hallarını aradan qaldırmalıyıq. Biz müharibəyə başlamayacağıq. Azərbaycan başa düşməlidir ki, münaqişənin hərbi həll yolu yoxdur".