İndoneziyada təyyarə atəşə tutuldu


Dünya 26 İyn 2018 09:07:00 243 0

İndoneziyada təyyarə atəşə tutuldu

İndoneziyanın Yeni Qvineya adasında naməlum silahlılar təyyarəni atəşə tutublar.

Son.az Trend-ə istinadən xəbər verir ki, insident təyyarə hava limanında eniş etdikdən sonra baş verib. Təyyarənin göyərtəsində 15 sərnişin olub.

Naməlumların təyyarəni atəşə tutması nəticəsində pilot yaralanıb və xəstəxanaya yerləşdirilib.