“Apple” “AirPower” cihazının buraxılma vaxtını dəyişdi


Digərləri 26 İyn 2018 08:35:00 284 0

“Apple” “AirPower” cihazının buraxılma vaxtını dəyişdi

"Apple" korporasiyası naqilsiz "AirPower" enerji ilə doldurma cihazının istehsal tarixinin iyuldan sentyabr ayına keçirildiyini bildirib.

Son.az lent.az-a istinadən xəbər verir ki, tarixlərin keçirilməsinin səbəbi istehsaldakı çətinliklərdir.

Cihazın istehsal edilməməsinə səbəb proqram təminatında problemlərin olmasıdır. Mütəxəssislər qeyd edirlər ki, bəzi cihazlar enerji ilə doldurulan zaman enerji dolduran cihaz qızmağa başlayıb.