Microsoft Andromedanın özəllikləri ortaya çıxdı


Digərləri 26 İyn 2018 08:11:00 258 0

Microsoft Andromedanın özəllikləri ortaya çıxdı

Wccftech adlı sayt hələ təqdimatı baş tutmamış və gizli saxlanılan Microsoft Andromeda smartfonunun özəllikləri barəsində məlumat verib. Məlumata əsasən bu, öz özəllikləri və premium parametrlərə sahib smartfon olacaq. Beləliklə təqdim olunmuş məlumatlara əsasən Microsoft Andromeda 2880x1440 piksel keyfiyyətli QHD+ ekran, 2.9 GHz tezlikli Snapdragon 850 prosessoru və Adreno 630 qrafik sürətləndirici ilə təchiz olunacaq. Həmçinin prosessor əlavə olaraq X20 LTE modemə də sahib olacaq.

Son.az technote.az-a istinadən bildirir ki, smartfon Windows Core OS (Windows 10-nun smartfonlar üçün sadələşdirilmiş versiyası) əməliyyat sistemi vasitəsilə çalışacaq. Bunlardan əlavə olaraq smartfon Always-Connected funksiyasını da özündə birləşdirəcək. Bu funksiya sayəsində Avropanın və Amerikanın mobil operatorları aşağı qiymət qarşılığında sürətli limitsiz internet verə biləcəklər. Sözügedən mexanizmin necə çalışacağı isə hələki məlum deyil. Microsoft Andromeda smartfonunun bu ilin sonunda və ya gələn ilin əvvəlində satışa çıxması planlaşdırılır. Onun qiyməti və dəqiq təqdimat tarixi barədə heç bir məlumat yoxdur.