Yer kürəsi asteroidlərdən necə qorunur?


Digərləri 26 İyn 2018 07:11:00 349 0

Yer kürəsi asteroidlərdən necə qorunur?

ABŞ hökuməti Yer kürəsində regionları və ya qitələri məhv edə biləcək asteroidlərdən qorunmaq üzrə səyləri aktivləşdirməyi planlaşdırır. Belə ki, Elm və Texnika üzrə Milli Şura tərəfindən özündə asteroidlərin aşkarlanması, izlənilməsi və məhv edilməsi üzrə proqramın sürətləndirilməsinə çağırışı əks etdirən hesabat dərc edilib.

Son.az ICTnews-a istinadən bildirir ki, təşəbbüs ABŞ Kosmik Agentliyi (NASA) və ABŞ hökuməti tərəfindən dəstəklənir. "NASA" ekspertləri izah edib ki, təhlükə törədə biləcək yerətrafı obyektlərə orbitdə Yerdən 48 milyon km radiusda yerləşən asteroid və kometalar daxildir. Hazırda alimlər hansı asteroid və ya kometaların Yerə doğru hərəkət etməsi barədə məlumatlı olmasalar da, bu, tam gözlənilməz halda müəyyənləşdirilə bilər.  

Agentliyin planetar mühafizə üzrə mütəxəssisi Lindli Conson bildirib ki, alimlər tərəfindən uzunluğu 1 km və ya daha böyük yerətrafı obyektlərin 95 faizi aşkar olunub. Lakin digər 5 faiz və kiçik meteoritlər hələ də planetə ciddi ziyan vura bilər.