Meksikada pirotexnika anbarında partlayış olub, iki nəfər ölüb


Dünya 26 İyn 2018 02:32:27 291 0

Meksikada pirotexnika anbarında partlayış olub, iki nəfər ölüb

Daha 6 nəfər xəsarət alıb

Meksikanın Tultepek şəhərində yerləşən pirotexnika anbarında partlayış baş verib.

"Report" "Puebla en Linea" portalına istinadən xəbər verir ki, nəticədə azı 2 nəfər həyatını itirib, daha 6 nəfər xəsarət alıb.

Hadisə yerinə fövqəladə xidmətin əməkdaşları cəlb olunub. Partlayışın baş verdiyi əraziyə giriş məhdudlaşdırılıb.