Paşinyan: "Ermənistan heç vaxt müharibəyə başlamayacaq"


Siyasət 25 İyn 2018 23:55:58 287 0

Paşinyan: "Ermənistan heç vaxt müharibəyə başlamayacaq"

"Lakin biz həmişə bu ssenariyə hazır olmalıyıq"

Dağlıq Qarabağ münaqişəsi güc tətbiqi üsulları ilə həll oluna bilməz.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi "Facebook"da canlı yayım zamanı deyib.

"Ermənistan heç vaxt müharibəyə başlamayacaq, lakin biz həmişə bu ssenariyə hazır olmalıyıq", - deyə o bildirib.