General əsgərlərə ayrılan ərzaqla ayılarını bəsləyirmiş VİDEO


Dünya 25 İyn 2018 23:03:00 298 0

General əsgərlərə ayrılan ərzaqla ayılarını bəsləyirmiş  VİDEO

Ermənistanın müdafiə nazirinin keçmiş müavini,general Manvel Qriqoryanla bağlı rüsvayçı faktların ardı-arası kəsilmir. Ağır cinayətlərdə və korrupsiyada adı hallanan Qriqoryanın böyük miqdarda ərzaq yardımlarını öz heyvanlarına yedizdirərək əsgərləri ac saxlaması yerli KİV-lərdə şok effekti yaradıb. Aprel döyüşlərində məhv edilmiş erməni əsgərlərinin valideyinləri ayağa qalxıblar.

"Oğlumun meyitinin məhkəmə-tibbi ekspertizası nəticəsində məlum oldu ki o, ölüm qabağı ən azı üç gün heç nə yeməyib". Son.az xəbər verir ki, bu fikirləri erməni KİV-lərinə 2016-cı ilin aprel müharibəsi zamanı həlak olmuş çavuş Robert Abramyanın atası Abram Abramyan bildirib. A.Abramyanın sözlərinə görə, orduda korrupsiya, əsgərlərin ac qalmaları ilə baglıhələ 2016-ci ilin əvvəllərindən məlumatları olub. Bütün bünları yüksək vəzifəli məmurlar da yaxşı görürdülər, amma nəticə yox idi. Abramyan bildirib: "Manvelöz ayılarını, şirlərini bəsləyirdi, mənim oglum isə ac qalırdı.Bu mənim üçün çox agırdır. Mən tibbi-ekspertizanınrəyini də verə bilərəm. Oglum heç olmasa tox öləydi. İndi onlar yaşayır, bizim uşaqlarımız isə həyatda yoxdur".

Dördgünlük aprel müharibəsi zamanı həlak olmuş kapitan Ovsep Kirakosyanın anası Marqarita Kirakosyan da ürək ağrısı ilə bildirir ki, general Manvel Qriqoryan heyvanlarına əsgər və zabitlərdən daha çox diqqət ayırırdı". Ölənkapitanın həyat yoldaşı Məryəm isə bildirib ki, Manvel Qriqoryan kimi şərəfsiz adam milli qəhrəmanı adından məhrum edilməlidir.

Erməni mətbuatına müsahibə verən, "Arabo" dəstəsinin komandiri, veteran Manvel Yeqazaryan bildirib ki, Manvel Qriqoryanın sadalanan iyrənc əməlləri dəryadakı damladır. "Şərəfsizlərlə dolu olan hakimiyyət ordunu bərbad vəziyyətə qoydu, əsgərləri səfalət içərisində yaşamaga məhkum etdi. İndi Ermənistan gəncliyi kimdən nümunə götürəcəyini bilmir. Bundan sonrası necə olcaq o da bəlli deyil".