Hormonal problemləri olan qadınlar üçün 6 möcüzəli məhsul


Digərləri 25 İyn 2018 22:49:00 273 0

Hormonal problemləri olan qadınlar üçün 6 möcüzəli məhsul

Estrogenlər qadın sağlamlığı və əhvalında ən böyük rollardan birini oynayan hormonlardır. Məhz estrogenlər qadını qadın edir.

Estrogenlərin səviyyəsinin müxtəlif səbəblərə görə normadan aşağı düşməsi qadın sağlamlığına və əhvalına çox böyük təsir edir - bədən çəkisinin artmasına, menstrual dövrünün pozulmasına, əhvalın tez-tez dəyişilməsinə, dərinin və saçların vəziyyətinin pisləşməsinə, tüklənməyə, libidonun azalmasına, sonsuzluğa və s. pozulmalara səbəb olur.

Təbii ki, hormonal problemləri olan qadınlara ilk növbədə həkimin müayinəsindən keçmək və lazım olan müalicə almaq lazımdır. Lakin bəzi məhsullar da bu işdə kömək edə bilər. Bu məhsullar fitoestrogenlərlə zəngindir. Fitoestrogenlər qadın orqanizminə estrogenlərə bənzər təsir edir, hormonal fonu yaxşılaşdırır. Hormonal problemləri olan qadınlar bu məhsulları pəhrizinə daha tez-tez daxil etməlidir.

Son.az saglamolun.az-a istinadən belə məhsulların siyahısını təqdim edir:

1. Zəyərək toxumları

Bu çox faydalı müalicəvi məhsuldur. Qadınlar üçün zəyərək toxumları xüsusilə faydalıdır. Mütəxəssislər gündə 1 x.q qəbul etməyi tövsiyə edirlər. Toxumları salatlara, kəsmik və yoqurtlara əlavə etmək olar.

2. Küncüt toxumları

Bu toxumlar antioksidant maddələri ilə zəngindir, qadınlarda hormonla fonu tənzimləyir, xərçəngin qarşısını alır.  Gün ərzində 1 x.q. yemək olar. Toxumları salatlara, hazır yeməklərə əlavə etmək olar.

3. Soya