Xəstənin vəziyyəti tibbi müdaxilədən sonra ağırlaşdı Azərbaycanda VİDEO


Digərləri 25 İyn 2018 21:27:00 299 0

Xəstənin vəziyyəti tibbi müdaxilədən sonra ağırlaşdı  Azərbaycanda  VİDEO

Xəstənin vəziyyəti ağırlaşdı, yaxınları tərəfindən müalicə üçün xəstəxanaya gətirildi. Ancaq budəfəki müalicə onu yaxşılaşdırmaq əvəzinə, hərəkətsiz hala saldı.

Son.az bildirir ki, hadisə Şəmkirdə olub. Ulduz Məmmədova iddia edir ki, onun övladını həkimlər pis vəziyyətə salıblar. İllərdir ruhi əsəb xəstəliyindən əziyyət çəkən 23 yaşlı Əfsanə Məmmədovanın vəziyyəti 10 günə yaxındır ki, kritikdir.

Anasının sözlərinə görə, xəstəyə bu dəfə yazılan iynə-dərman onun halının daha da pisləşməsinə səbəb olub. Daha əvvəl isə bu cür hallar müşahidə edilməyib.

Əfsanə Məmmədovanın həkimi, rayonun psixiatrı Aidə Şirinova isə deyir ki, xəstəyə dərman təyinatı qayda üzrə aparılıb. Sadəcə onun mütəmadi qəbul etdiyi dərman olmadığından əvəzedicisi yazılıb. Anası da ona artıq doza verib.