Xalq artistinin oğlu: "Atama zəng edib deyirdilər ki, oğlun qəzaya düşüb, halbuki..." FOTO


Şou-biznes 25 İyn 2018 21:17:00 365 0

Xalq artistinin oğlu: "Atama zəng edib deyirdilər ki, oğlun qəzaya düşüb, halbuki..."  FOTO

Xalq artisti Yalçın Rzazadənin oğlu, müğənni Mətin Rzazadənin Son.az-a müsahibəsi.

- Mətin, böyük sənətkarımız Yalçın Rzazadənin sənətini davam etdirirsiz. Amma sənətə bir qədər gec gəldiniz. Buna səbəb nə idi?

- Çünki o vaxtı hansısa müğənnilər sponsor dalınca qaçanda, mən savad dalınca qaçırdım. 4-cü sinifdən uşaq filarmoniyasında dərs almışam. Böyük sənətkarımız Mobil Əhmədov burada mənə dərs deyib. 6-cı sinifdə Bülbül adına musiqi məktəbinə daxil olmuşam. 7-ci sinifdə artıq "Şərq ulduzları" uşaq ansamblının solisti idim. Daha sonra Mədəniyyət və İncəsənət Universitetində vokal şöbəsini bitirdim, məhz bundan sonra səhnəyə, şou-biznesə ayaq basmışam. Amma bugünkü gün fikirləşirəm ki, bizim səhnəyə nə savad lazımdır, nə də təhsil.

- Məndə olan məlumata görə, atanız müğənni olmağınızı istəməyib. Hətta sizi öz sinfinə 1 ildən sonra qəbul edib.

- Yalçın müəllim bu sənətin çətinliklərini bilirdi və öz təcrübəsindən bunu görmüşdü. Görünür, məni qorumaq istəyirdi, istəmirdi ki, bu sənətə gəlim. Ona görə də atamdan gizlin musiqi məktəbinə daxil oldum. O, məni bir il öz sinfinə qəbul etmədi. Amma sonradan mənim bu sənətə can atmağımı, istedadımı görüb razılıq verdi, sinfinə qəbul etdi. Bugünkü gündə də mən üstünlüyü atamın oxuduğu mahnılara verirəm. Atamın davamçısı kimi sənətdəyəm. Sözsüz ki, mən bu sənətdə səhvlər buraxsaydım, atam oxumağıma icazə verməzdi.

- Yalçın müəllimin layiqli davamçısı olduğunuz həm seçdiyiniz repertuarda, həm də geyim tərzinizdə özünü göstərir.

- Yalçın müəllim artıq Yalçın müəllimdir. Onun etdiyinin yarısını belə etmək üçün mənim ömür boyu vaxtım çatmaz. Ona görə mən çalışıram ki, Yalçın müəllimin adına ləkə gətirməyib, öz yolumu gedim. Atam mənə demişdi ki, bu sənətə gəlmisənsə, çalış birinci ol, birinci ola bilməyəcəksənsə, bu sənətdən kənara çəkil. O ki qaldı geyim tərzimə... müğənni nə ilə seçilməlidir? Keyfiyyətli mahnısı, geyimi və səhnə mədəniyyəti ilə. Mən hər verilişdən öncə atamla məsləhətləşirəm, o, mənə verilişə uyğun, mahnıya uyğun geyim seçməkdə köməklik göstərir.

- Ən böyük iradı sizə nə olub?

- Ola bilsin ki, nə vaxtsa irad bildirib, amma bugünkü gün mən o iradlardan nəticə çıxarmışam və bilirəm ki, nə düzgündür, nə yox. Ona görə də uzun müddətdir irad bildirmir. Sənətimdə hər şey Yalçın müəllimi qane edir. Ən böyük iradı, təbii ki, sənətlə bağlı olub.

- Atanızla sizi üz-üzə qoyanlar olub?

- Xeyr, belə hallar baş verməyib. Amma bir dəfə qəza keçirmişdim, üstündən 1 il keçəndən sonra atama zəng edib demişdilər ki, oğlunuz qəzaya düşüb, halbuki bu qəza 1 il əvvəl baş vermişdi. Bilmirəm niyə bunu yenidən gündəmə gətirmişdilər. Təbii ki, atam çox narahat olmuşdu.

- Gəlin razılaşaq ki, siz tam kütlə müğənnisi deyilsiniz. Sizcə, müğənni kütləyə boyun əyməlidir yoxsa...


Xəbərə aid fotolar