Virtual pullar bazarında SON QİYMƏTLƏR dəyişdi


Digərləri 25 İyn 2018 21:01:04 237 0

Virtual pullar bazarında SON QİYMƏTLƏR dəyişdi

Bitkoinin qiyməti ötən həftənin sonunda 2017-ci ilin noyabr ayından ilk dəfə 6 min dollar həddindən aşağı düşdükdən sonra bu həftə yüksəlməyə başlayıb

Bakı. Bitkoinin qiyməti ötən həftənin sonunda 2017-ci ilin noyabr ayından ilk dəfə 6 min dollar həddindən aşağı düşdükdən sonra bu həftə yüksəlməyə başlayıb. Trend-in məlumatına görə, mütəxəssislər kriptovalyutanın qiymətinin yaxın müddət ərzində qeyri-stabil qrafik sərgiləyəcəyini proqnozlaşdırır. "CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 3,58% bahalaşaraq 6 157 dollar təşkil edib.