Dünya Bankı: Azərbaycan kənd təsərrüfatında rəqəmsal texnologiyalardan daha fəal istifadə etməlidir


Digərləri 25 İyn 2018 20:22:00 338 0

Dünya Bankı: Azərbaycan kənd təsərrüfatında rəqəmsal texnologiyalardan daha fəal istifadə etməlidir

Azərbaycan kənd təsərrüfatında rəqəmsal texnologiyalardan daha fəal istifadə etməlidir.

Son.az Trend-ə istinadən bildirir ki, Dünya Bankının kənd təsərrüfatı üzrə qlobal praktikasının rəhbəri Culian Lampyetti bildirib.

C.Lampyettinin sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatı qarşısında dayanan əsas problemlər aşağı məhsuldarlıq, ixracın məhdud bazarlarda cəmlənməsi və texnologiyaların kənd təsərrüfatında az tətbiq olunmasıdır:

"Azərbaycanın kənd təsərrüfatında ümumi istehsalat potensialı 1,1 milyard dollar təşkil edir, amma hazırda ölkə bu potensialın təxminən yarısını istifadə edir. Digər mənfi göstərici isə odur ki, Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracının 77 faizi Rusiyanın payına düşür. Ona görə də yeni bazarlar haqqında fikirləşmək lazımdır".