Vikipediya könüllülərindən Ordu gününə töhfə VİDEO


Digərləri 25 İyn 2018 19:52:00 332 0

Vikipediya könüllülərindən Ordu gününə töhfə  VİDEO

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə töhfələrini veriblər. Son.az bildirir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən bu günə qədər Vikipediya-da Azərbaycan hərb tarixi ilə bağlı 100-dən çox məqalə yaradılıb, redaktə olunub. Qeyd edək ki, könüllülər, həmçinin Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra Silahlı Qüvvələrimizin fəaliyyəti ilə bağlı, əsasən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində əldə etdiyi uğurlar barəsində bir çox məqalə yaradıblar. Həmçinin, bu təşəbbüs çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinə aid məlumatların xaricidilli Vikipediyalar-da yerləşdirilməsində "Şəms" Tərcümə Xidmətləri Mərkəzinin əsaslı töhfəsini vurğulamaq zəruridir. Bu fəaliyyət çərçivəsində 94 yeni məqalə yaradılıb,14 məqalə əsaslı redaktə edilib və 16 məqalə isə müxtəlif dillərə tərcümə olunub. Son.az

Videonu izləmək üçün şəklə klikləyin: