Tatlısəsdən ayrılıqla bağlı ilk açıqlama


Digərləri 25 İyn 2018 19:30:00 296 0

Tatlısəsdən ayrılıqla bağlı ilk açıqlama

Ötən ilin avqustundan sevgili olan Yasemin Şefkatli ilə İdo Tatlısəs bir neçə gün əvvəl ayrılıb

.

Son.az axşam.az-a istinadən bildirir ki, ayrılıqla bağlı ilk açıqlama Tatlısəsdən gəlib.

"Bu hadisə ilə bağlı açıqlama vermək həm mənim, həm də media nümayəndələri üçün lazımlı olacaq. Hər gözəl şeyin bir sonu var. Bəlkə də Allahın bizə verdiyi ən gözəl hədiyyə hər şeyi sonlu yaratmasıdır. Mən də gözəl bir hekayənin, münasibətin sonuna gəldim. Gözəl bir münasibəti sona çatdırmaq asan deyil, amma həyat davam edir. Ayrılıqla bağlı çox şayiələr yayılacaq. Bunları normal qarşılayıram. Biz Yaseminlə ayrılığa qərar verdik. Bir münasibət var olanda necə dəyərlidirsə, bitəndən sonra xatirələri də dəyərlidir. Çox vaxt ayrılan cütlülüklər bir-birinə nifrət edir. Bunu normal qəbul etmirəm" deyə, İdo bildirib.