''Mercedes'' dəmir arakəsməyə çırpıldı VİDEO FOTO


Digərləri 25 İyn 2018 19:28:58 496 0

''Mercedes'' dəmir arakəsməyə çırpıldı  VİDEO  FOTO

Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib.

Son.az bildirir ki, hadisə şahidlərinin criminal.az saytına verdiyi məlumata görə, paytaxt istiqamətində hərəkət edən ''Mercedes'' markalı avtomobil Abşeron rayonu ərazisində yoldakı dəmir arakəsməyə çırpılıb.

Hadisə şahidlərinin köməkliyi ilə yaralı sürücü avtomobildən çıxarılıb. Daha sonra təcili yardım maşını ilə xəstəxanaya yola salınıb. 

Xatırladaq ki, həmin yolda artıq bir neçə maşın dəmir arakəsməyə çırpılıb. Həmin qəzalarda ölən və yaralananlar olub.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar