“Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilib


Digərləri 25 İyn 2018 19:07:00 302 0

“Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilib

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.

Bakı. Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib. Qanunda aşağıdakı məzmunda 2.0.13-1-ci, 2.0.13-2-ci və 2.0.13-3-cü maddələr əlavə edilir: “2.0.13-1. qida təhlükəsizliyi sertifikatının verilməsi; 2.0.13-2. heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması; 2.0.13-3. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması;”; 1.2. 18.66.2-ci maddədə “5” rəqəmi “20” rəqəmləri, 18.66.3-cü və 18.67.1-ci maddələrdə “50” rəqəmləri “100” rəqəmləri, 18.67.2-ci maddədə “3” rəqəmi “10” rəqəmləri və 18.67.3.2-ci maddədə “1” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin; 1.3. 18.67.3.1-ci maddədə “20 qəpik” sözləri “2 manat” sözləri ilə əvəz edilsin; 1.4. aşağıdakı məzmunda 18.66-1-ci maddə əlavə edilir: “18.66-1. qida təhlükəsizliyi sertifikatının verilməsi – 20 manat;”; 1.5. aşağıdakı məzmunda 18.67-1-ci maddə əlavə edilsin: “18.67-1. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına görə: 18.67-1.2. reyestrdən çıxarışın verilməsi - 150 manat; 18.67-1.3. reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi - 50 manat;