Serj Sarkisyanın qardaşı saxlanıldı


Dünya 25 İyn 2018 19:05:19 249 0

Serj Sarkisyanın qardaşı saxlanıldı

Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyanın qardaşı Aleksandr polis tərəfindən saxlanılıb.

Son.az bildirir ki, Trend-in məlumatına görə, bunu "RİA Novosti"yə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin rəhbəri Aşot Aqaronyan bildirib.

A.Sarkisyan qanunsuz silah saxlamaqda ittiham olunur. Digər təfərrüatlar barədə məlumat verilmir.