Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar film nümayişi keçirilib FOTO


Kriminal 25 İyn 2018 18:40:00 295 0

Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar film nümayişi keçirilib  FOTO

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və Nizami Kino Mərkəzinin birgə təşkilatşılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar Milli qəhrəman İlqar İsmayılov haqqında çəkilmiş filmin nümayişi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Milli qəhrəman İ.İsmayılovun həyatı və döyüş yolundan bəhs edən rejissor Günel Aqilin "Ən yüksək zirvə" adlı filmi nümayiş olunub.

Dövlətimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş Azərbaycan əsgərinin igidliyini, mərdliyini, vətənsevərliyini əks etdirən filmlərin nümayişi ölkəmizin qəhrəmanlıq tarixini təbliğ etmək məqsədi ilə keçirilir.  


Xəbərə aid fotolar