“Microsoft” korporasiyası “Office 365” istifadəçi interfeysi üçün yeniləmələri istifadəyə verir


Digərləri 25 İyn 2018 18:29:00 276 0

“Microsoft” korporasiyası “Office 365” istifadəçi interfeysi üçün yeniləmələri istifadəyə verir

Əsas məqsəd – onu geniş istifadəçi kütləsi üçün daha sadə və əlçatan etməkdir. Yeniləmələr “Word”, “Excel”, “PowerPoint”, “OneNote” və “Outlook” əlavələrini əhatə edəcək.

Bakı. Yaxın bir neçə ay ərzində “Microsoft” şirkəti “Office 365” paketinin istifadəçi interfeysinin ən populyar əlavələri üçün yeniləmələr buraxacaq. Şirkətdən Trend-ə verilən məlumata görə, istehsalçı onu daha sadə və səmərəli etməyi planlaşdırır. Tam işəsalmadan öncə yeniləmələr bir neçə silsilə yoxlama və sınaqlardan keçəcəkdir. Sadələşdirilmiş lent. Lentin yenilənmiş versiyası istifadəçilərə fikirlərini cari məsələlər ətrafında toplamaqdaa və birgə işin asan təşkilində kömək edəcək. Ekranda daha çox komanda lazım olarsa lenti əvvəlki kimi klassik üç sətir formatında açmaq mümkündür. İlk öncə “Word” əlavəsinin brauzer versiyası yenilənəcək. Daha sonra “Windows” üçün “Outlook” yenilənəcək – belə ki, ilkin qiymətləndirmə proqramının bəzi iştitakçıları üçün sadələşdirilmiş lent iyul ayında əlavədə görünəcəkdir. “Windows” üçün “Word”, “Excel” və “PowerPoint” əlavələri ən geniş və güclü funksiyalar dəstini təmin edir. Onlara, adətən, maksimum imkanlardan yararlanmaq istəyən istifadəçilər üstünlük verirlər. Daha sonra “Microsoft” şirkəti istifadəçilərin “Excel” və “PowerPoint”də görmək istədikləri dəyişikliklər barədə istifadəçi rəylərindən ibarət geniş baza yaratmağı planlaşdırır. Əldə olunan nəticələr istehsalçıya “Office 365”in bu komponentləri üçün yeniləmə strategiyasını seçməyə kömək edəcək. Yeni rənglər və nişanlar. Əlavələrdə miqyaslı qrafika ilə yeni rənglər və nişanlar yer alacaq ki, onlar istənilən ölçülü ekranda aydın görünəcəkdir. Bu dəyişikliklər nəinki istifadəçi interfeysini modernləşdirməyə, həmçinin, onu fiziki məhdudiyyətli şəxslər üçün onu daha rahat etməyə yönəlmişdir. İlk növbədə yeniləmələr “Word”ün brauzer versiyasında, daha sonra isə “Windows” üçün “Word”, “Excel” və “PowerPoint” əlavələrində tətbiq olunacaq. 2018-ci ilin avqust ayında “Outlook” və “Mac”da dəyişikliklərin həyata keçirilməsinə başlanılacaq.