Milli Ordunun 100 illiyi münasibətilə yeni poçt markası dövriyyəyə buraxılıb


Digərləri 25 İyn 2018 18:15:00 285 0

Milli Ordunun 100 illiyi münasibətilə yeni poçt markası dövriyyəyə buraxılıb

“Azərmarka” MMC tərəfindən “Azərbaycan Milli Ordusunun 100 illiyi” münasibətilə yeni poçt markası hazırlanıb.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən “Azərbaycan Milli Ordusunun 100 illiyi” münasibətilə yeni poçt markası hazırlanıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, poçt markası Azərbaycan Xalq Cümhuriyyəti və Milli Ordumuzun 100 illiyinə həsr olunub. Fransada yüksək keyfiyyətlə nəşr olunan markalar 26 iyun tarixində dövriyyəyə buraxılacaq. 110x135 mm ölçüsündə olan markanın tirajı 3000 ədəd təşkil edir.