Prezident İlham Əliyev Cibuti dövlət başçısını təbrik edib


Digərləri 25 İyn 2018 18:02:00 258 0

Prezident İlham Əliyev Cibuti dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Cibuti Prezidenti İsmail Ömər Gellehə təbrik məktubu göndərib.

Bakı. Prezident İlham Əliyev Cibuti Prezidenti İsmail Ömər Gellehə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Cibuti arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmlənəcək və inkişaf edəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Cibuti xalqına əmin-amanlıq və rifah arzulayıram". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin