Mundiala alışa bilməyən De Xea


İdman 25 İyn 2018 18:00:00 293 0

Mundiala alışa bilməyən De Xea

 Qrup mərhələsinin ilk iki turunda 33 qapıçı arasında yalnız De Xea qurtarış edə bilməyib. Portuqaliya ilə ilk tur matçında çərçivəyə gələn 3 topun hamısı qolla nəticələnibsə, Kriştianu Ronaldonun ikinci qolunda qapıçının kobud səhvi müzakirə mövzusuna çevrilib. İranla qarşılaşmada isə rəqib onu bir dəfə də olsun narahat etməyib. Ən çox qurtarış edən qapıçı hələlik meksikalı Gilyermo Oçoadı. O, 14 seyvlə Danimarka yığmasının “1 nömrəsi” Kasper Şmeyxeli (10 qurtarış) qabaqlayır. Dünya çempionatında qol buraxmayan qapıçılar isə Fernando Muslera (Uruqvay) və Daniel Subaşiçdir (Xorvatiya).

İspaniya millisinin qapıçısı David De Xea hələlik dünya çempionatında istənilən çıxışı göstərmir. Goal.az xəbər verir ki, 27 yaşlı qolkiper geridə qalan 2 oyunda seyvlə yadda qalmayıb.