Putinlə Ərdoğan nədən danışdılar?


Dünya 25 İyn 2018 17:45:00 465 0

Putinlə Ərdoğan nədən danışdılar?

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, prezidentlər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

V.Putin ötən gün keçirilmiş prezident seçkilərində qalib gəlmiş R.T.Ərdoğanı təbrik edib.

Bundan başqa, tərəflər regional məsələlərdə, xüsusilə də Suriya məsələsində əməkdaşlığın vacibliyini vurğulayıb.