“Report”: Türkiyədəki prezident seçkilərinin nəticələri ölkə iqtisadiyyatına müsbət təsir edib - ANALİTİKA


Digərləri 25 İyn 2018 17:16:20 186 0

“Report”: Türkiyədəki prezident seçkilərinin nəticələri ölkə iqtisadiyyatına müsbət təsir edib - ANALİTİKA

İnvestorların ölkə üçün proqnozlaşdırdıqları siyasi və iqtisadi risk göstəriciləri hələlik aşağı düşüb

Türkiyədə keçirilmiş prezident seçkilərində indiki prezident Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi ölkə iqtisadiyyatına müsbət təsir edib.

“Report”un analitik qrupu bildirir ki, ilk növbədə ölkənin milli valyutası qısa müddətətəxminən 2,2% bahalaşıb və 1 ABŞ dolları 4,56 lirəyə bərabər olub.

Bundan başqa, İstanbul Fond Birjası indeksi (BİST 100) 4%-ə yaxın artıb, Türkiyənin ABŞ dolları ilə 2028-ci ilə qədər tədavülə buraxdığı istiqrazlar isə dəyər qazanıb. Hazırda onların gəlirliliyi 6,992% təşkil edir ki, bu da seçkidən əvvəllə müqayisədə 0,106% azdır.

Bütün bunlar Türkiyənin qiymətli kağızlar bazarın marağın artdığını göstərir. Məsələ ondadır ki, hakimiyyət dəyişikliyinin olmaması kəskin dəyişikliklərin olmayacağından xəbər verir və investorların Türkiyə üçün proqnozlaşdırdıqları siyasi və iqtisadi risk göstəriciləri hələlik aşağı düşüb.

Bundan sonra yeni idarəetmə sisteminin fəaliyyətə başlaması və maliyyə bazarlarında müsbət tendensiyanin davam etməsi yaxın 1 ildə ölkənin tədiyyə balansına, inflyasiya və işsizlik kimi iqtisadi göstəricilərə bağlı olacaq.