FIFA isveçli futbolçunu cəzalandıra bilər


İdman 25 İyn 2018 17:14:00 294 0

FIFA isveçli futbolçunu cəzalandıra bilər

İsveç millisinin hücumçusu Markus Berq FİFA tərəfindən cəzalandırıla bilər. Goal.az xəbər verir ki, ali futbol qurumu təcrübəli futbolçunun saymamazlıq etdiyini düşünür. Almaniya ilə matçdan sonra FİFA nümayəndələri Berqi dopinq-testə dəvət etsələr də, o, jurnalistlərə müsahibə verməyə yollanıb. Mətbuatla ünsiyyətdən sonra futbolçu testdən keçib və qanında qadağan olunmuş preparat aşkarlanmayıb. Amma onun hərəkətini dopinq müfəttişləri hörmətsizlik kimi qiymətləndirib.