"Qızılağac" qanunsuz balıq ovu edən şəxs saxlanıldı


Digərləri 25 İyn 2018 17:05:00 459 0

"Qızılağac" qanunsuz balıq ovu edən şəxs saxlanıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qoruq rejiminə əməl olunması vəziyyətini araşdırmaq məqsədilə Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, reyd zamanı Neftçala rayon sakini İlham Rüstəmov qoruq ərazisində balıq ovu edərkən saxlanılıb və ondan 7 ədəd çəki balığı, 2 ədəd axçalı balıq toru götürülüb.