Qarabağ fransalı futbolçunun transferini açıqladı


İdman 25 İyn 2018 16:50:00 241 0

Qarabağ fransalı futbolçunun transferini açıqladı

Qarabağ yay fasiləsində növbəti legionerlə anlaşıb.Goal.az xəbər verir ki, bu məlumat klubun feysbuk səhifəsində video-paylaşımla açıqlanıb.

Videoda futbolçunun üzü görünməsə də, onun Lens-də 11 nömrəli formanı geyinən Abdullah Zubir olduğunu müəyyənləşdirmək mümkündür. Mərakeş əsilli fransalı yarımmüdafiəçi yeni mövsümdən Azərbaycan çempionunun formasını geyinəcək. Son klubu Lens olan Abdullah Zubir karyerası ərzində Grenoble, İstres, Hibernian və Petrolul-da da çıxış edib. 27 yaşlı futbolçu pleymeyker və vinger mövqelərində oynamağı bacarır.