FİFA Danimarkanı cəzalandırdı


İdman 25 İyn 2018 16:15:00 266 0

FİFA Danimarkanı cəzalandırdı

FİFA DÇ-2018-in qrup mərhələsində keçirilən Danimarka - Avstraliya oyununda baş verənləri araşdırıb.

Goal.az xəbər verir ki, həmin qarşılaşmada danimarkalı azarkeşlər iğtişaş törətmişdilər. Onlar avstraliyalı fanatlara tərəf müxtəlif əşyalar atmış və stadionda diskriminasiya xarakterli banner açmışdılar. Məsələni araşdıran FİFA Danimarka Futbol Assosiasiyasını cərimə edib. Federasiya danimarkalı azarkeşlərin davranışına görə 20 min İsveçrə frankı cərimə ödəməli olacaq.

Danimarka - Avstraliya oyunu 1:1 hesabı ilə başa çatıb.