Batumiyə avtobusla getmək istəyənlərin nəzərinə


Digərləri 25 İyn 2018 16:12:00 258 0

Batumiyə avtobusla getmək istəyənlərin nəzərinə

Avtobuslar kondisioner və "wi-fi" sistemi ilə təchiz olunub.

Bakı. İyulun 2-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq. Avtovağzal Kompleksindən Trend-ə verilən məlumata görə, avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 09:00-dur. Avtobusların Batumidən yola düşmə vaxtı isə 3, 5, 7-ci günlər saat 10:00-da olacaq. Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur, 10 yaşına qədər uşaqlar üçün biletin 50 faizi dəyərindədir. Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər.