DTXnın həbs etdiyi şəxsin məhkəməsində hakim özüözünə etiraz edib


Digərləri 25 İyn 2018 16:05:00 257 0

DTXnın həbs etdiyi şəxsin məhkəməsində hakim özüözünə etiraz edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə narkotik maddələri gətirməkdə təqsirləndirilən Çingiz Muradovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report.az-a istinadən bildirir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra kollegiyanın hakimlərindən biri - Eldar İsmayılov özü-özünə etiraz etdiyini açıqlayıb. O bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işini araşdıran istintaq qrupunun üzvlərindən biri onun oğlu olub.

Buna görə də hakim özü-özünə etiraz edib.