Neftçi-də növbəti ayrılıq


İdman 25 İyn 2018 15:49:00 308 0

Neftçi-də növbəti ayrılıq

Neftçi daha bir futbolçu ilə yollarını ayırıb. Goal.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Yarımmüdafiəçi Fransisko Qarsiya ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Paytaxt təmsilçisi ilə müqavilə müddəti gələn ilin yanvarına qədər olan paraqvaylı rəhbərliyin şərtləri ilə razılaşıb və yola salınıb.

Fransisko Xavyer Qarsiya Neftçi-yə bu ilin əvvəlində ölkəsinin Serro Porteno klubundan keçmişdi.