Yasamalda qadının zorla çantasını alan şəxs tutuldu


Kriminal 25 İyn 2018 15:34:00 354 0

Yasamalda qadının zorla çantasını alan şəxs tutuldu

İyunun 24-də Yasamal rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini S.Abbasovaya zor tətbiq edərək içərisində pul və şəxsiyyət vəsiqəsi olan çantasını alıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Nadir İsrafilov saxlanılıb.