Bakıda açıq hava altında barbekyuparti keçirilib VİDEO FOTO


Digərləri 25 İyn 2018 15:38:00 487 0

Bakıda açıq hava altında barbekyuparti keçirilib  VİDEO  FOTO

Tədbir "CinemaPlus Amburan Mall" premium kinoteatrında təşkil olunmuşdur. Qonaqların qarşısında hazırlanmış təzə ət, limitsiz müxtəlif içkilər qonaqları gecənin sonunadək müşaiyət edib. 

Gecənin qonaqları azərbaycanlı ulduzlar, sahibkarlar, təşkilat rəhbərləri, aktyorlar, ifaçılar, aparıcılar, rejissorlar, produserlər, bloqqerlər, KİV və bomond nümayəndləri olmuşdular.

Kinoteatrda, həmçinin musiqi müşaiyəti ilə bayram atmosferi təşkil olunmuşdur. DJ bütün gecəni dinamik musiqi ilə insanları əyləndirirdi.

Tədbir 2018-ci ildə "Cinemazadeh" studiyasında peşəkar azərbaycan dilində dublyaj olunmuş dramatik  ispan filmi -  "Eskobar"ın nümayişi ilə bitmişdir.   Filmi dublyaj etmişdilər: Aqil M. Quliyev, Oksana Rəsulova, Tural Əsədov, Elşən Rüstəmov, Kazım Abdullayev, Vüsal Murtuzəliyev, Səid Nizami, Rövşən Məmmədli, Xətai Əli, Vüsal Hacıqədir, Hüsniyyə Mürvətova, Raksana Vəliyeva, Vüsal Xalıqoğlu, Nəzakət Şahbazi, Zemfira Abdulsəmədova, Müşfiq Mirzəzadə, Vüqar Hüseynov və Kamran Ağabalayev. 

Dublyajın baş redaktoru Xətai Əli, rejissor Rövşən Məmmədli, səs rejissoru Orxan Ağalarov və Natiq Şirəliyev, səs operatoru Vüsal Abdulhəsənov, tərcüməçi Afaq Vasifqızı, post-prodakşn supervayzer Vüqar İslamzadə, baş produser Cəfər Axundzadə.