Lazio futbolçularını ingilis klubuna satır


İdman 25 İyn 2018 15:30:00 285 0

Lazio futbolçularını ingilis klubuna satır

Lazio komandası hücumçu Felipe Andersonla müdafiəçi Cordan Lukakunu West Ham klubuna satacaq. Tərəflər transferlə bağlı razılığa gəliblər. Latsio bu transferdən 60 milyon əldə edəcək.

Goal.az xəbər verir ki, İtaliya klubu təkcə Andersona görə West Ham - dən 50 milyon tələb edib. Lakin londonlular 2 futbolçu üçün 60 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər. Bu variant italiyalıları qane edib. Xatırladaq ki, Lazio klubu Andersona görə, 2013- cü ildə Santos komandasına 7,5 milyon avro ödəyib. Lukakunu isə 2016 – cı ildə Ostende klubundan 4 milyon avroya alıb.