Falkao arzusuna çatdı


İdman 25 İyn 2018 15:13:00 373 0

Falkao arzusuna çatdı

Dünya çempionatında Polşa millisini məğlub edən (0:3) kolumbiyalıların 32 yaşlı hücumçusu Radamel Falkao qələbə sevincini bölüşüb .

Goal.az xəbər verir ki, Kolumbiya – Polşa matçının 70-ci dəqiqəsində fərqlənən təcrübəli futbolçu uzun illərdən bəri dünya çempionatlarında qol vurmaq arzusu ilə yaşadığını deyib. “İlk dəfə dünya çempionatına 1994 – cü ildə televizorda baxmışam. Elə həmin vaxtdan arzulamışam ki, milli komandamızın heyətində yer alım və mundiallarda qol vurum. Son günlər qol vurmaq barədə daha çox düşünürdüm. Sevinirəm ki, arzuma çatdım. Komanamıza mütləq qələbə lazım idi. Gücümüzə inanırdıq. Bilirdik ki, qalib gəlmək imkanımız var. Qələbə qazanmaqla Kolumbiya millisinin nəyə qadir olduğunu göstərdik“, - deyə hücumçu bildirib.