Rusiyada ticarət mərkəzi yandı - Təxliyə aparıldı


Digərləri 25 İyn 2018 15:17:00 235 0

Rusiyada ticarət mərkəzi yandı - Təxliyə aparıldı

Rusiyanın Lipetsk şəhərində "Lipçanla" ticarət mərkəzindən 500-dən çox adam təxliyə olunub.

Bakı. Rusiyanın Lipetsk şəhərində "Lipçanla" ticarət mərkəzindən 500-dən çox adam təxliyə olunub. Trend-in məlumatına görə, təxliyəyə səbəb ticarət mərkəzində yerləşən ofislərin birində baş vermiş yanma olub. Məlumata görə, yanğın haqqında məlumat səhər saatlarında daxil olub. Dərhal təxliyə aparılıb. Yanğının qarşısının alınmasına 8 yağınsöndürmə maşını cəlb edilib.