Türkiyədə seçkilərin yekun nəticəsi yaxın bir neçə gün ərzində məlum olacaq


Dünya 25 İyn 2018 14:56:41 267 0

Türkiyədə seçkilərin yekun nəticəsi yaxın bir neçə gün ərzində məlum olacaq

Türkiyədə seçkilərin yekun nəticəsi yaxın bir neçə gün ərzində məlum olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Sadi Güvən deyib.

Komissiya rəhbərinin sözlərinə görə, Türkiyədə keçirilən prezident və parlament seçkilərində hər hansı mənfi hal qeydə alınmayıb.

S.Güvən qeyd edib: "Türkiyədə seçkilər demokratik və şəffaf keçirilib".