Türkiyə millisinin sabiq üzvü millət vəkili seçildi


İdman 25 İyn 2018 14:47:00 370 0

Türkiyə millisinin sabiq üzvü millət vəkili seçildi

Türkiyəli məşhur futbolçu Alpay Özalan ölkədə keçirilən parlament seçkilərində Böyük Millət Məclisinə üzv seçilib. Goal.az xəbər verir ki, "ay ulduzlular"ın sabiq müdafiəçisi İzmirdən deputat olub. Onun namizədliyini hakim Ədalət və İnkişaf Partiyası (AKP) irəli sürüb. TBMM-ə millət vəkili seçilən digər idmançı motosikletçi Kenan Sofuoğludur.  Daha əvvəl Türkiyə futbolunun daha bir tanınmış siması - Hakan Şükür də AKP-dən millət vəkili seçilsə də, daha sonra FETÖ ilə əlaqəli olmaqda ittiham olunduğu üçün ABŞ-a köçməli olub.