“Yıxıldı, çox qorxduq”


Digərləri 25 İyn 2018 14:21:00 286 0

“Yıxıldı, çox qorxduq”

ARB Ulduz-un "Şou məkan" verilişinin qonağı olan kiçik Nuray Rəhman maraqlı açıqlamalar verib.

Son.az bildirir ki, Nuray Rəhman doğum günü ərəfəsində özü-özünə elə bir şey arzuladı ki, onun bu giriş söhbəti hər kəsin ürəyincə olacaq: "Arzulayıram ki, indi məni necə çox istəyirlər, öpürlər, pərəstişkarlarım var, mənimlə bütün günü şəkil çəkdirirlər, bu, hər zaman belə olsun".  Nurayın atası qızının təsadüfən istedadını gördükdən sonra, onun bu işə ilk addımlarını necə atmasından danışdı:  "İfa edəcəyimiz mahnıları məşq edirdik. Avtomobildə gedərkən arxadan zümzüməsini eşitdik. Zümzümələr dəqiq və düz oldu, ritm və səs də doğru idi. Nuray istedadını büruzə verdi, gördüm ki, nə isə var. Qərara gəldik ki, bir balaca yoxlayaq. Apardıq studiyaya. Səsini yazdıq və beləcə iş başladı".

Artıq balaca ifaçının üçüncü klipinin işıq üzü gördüyünü söyləyən Nurayın anası, qızının bu yaşında solo konsert verdiyini də diqqətə çatdırdı: "Bldiyiniz kimi, bu, artıq Nurayın üçüncü klipidir. Düzdür, bir neçə musiqili-rolikimiz var, səkkiz yaşında da Nurayımıza qismət oldu ki, üçüncü klipini təqdim etdik. Azərbaycanda belə bir şey olmayıb ki, səkkiz yaşlı uşaq solo konsertlə çıxış etsin. İyunun 16-sı Nurayın 8 yaşı tamam oldu və qızım solo konsert verdi. Konsert zamanı da səsim batdı. Ola bilsin ki, həm həyəcan vardı, həm də qarışıq hisslər keçirirdim ".

Nuray Rəhman: "Təşəkkür edirəm ki, solo konsertimdə hər kəs yanımda oldu, mənə dəstək oldular. Konsert çox möhtəşəm keçdi".

Nurayın danışığından belə aydın olur ki, klip çəkilişləri həm maraqlı, həm də əyləncəli keçib: "Klip çəkilişlərimiz çox qəribə alındı. Dostlarımla bərabər idim deyə hər şey çox əyləncəli oldu. Klip çəkiləndə maraqlı və çətin tərəflər özünü göstərir. Bu dəfə hərtərəfli yaxşı oldu". Nuray Rəhmanın anası: "Budəfəki çəkilişmizdə Nurayın dostları yanında idi. Ona görə Nuray üçün əyləncəli olub. Hətta məni bir az qorxutdu. Klip zamanı ağladım. Nurayı hündürlüyə qaldırmışdıq, stolun üstündə idi. Birdən-birə Nuray yıxıldı. Çox həyəcan keçirdik, qorxduq. Şükür ki, heç nə olmadı".


Xəbərə aid foto