“Renessans Palace” premium yaşayış kompleksinin daha bir binası sakinlərin ixtiyarına verildi (FOTO)


Digərləri 25 İyn 2018 13:35:45 248 0

“Renessans Palace” premium yaşayış kompleksinin daha bir binası sakinlərin ixtiyarına verildi (FOTO)

“AS Qrup İnvestment” şirkətinə aid premium yaşayış kompleksi “Renessans Palace” növbəti binasını təmirə təhvil verib.

Bakı. “AS Qrup İnvestment” şirkətinə aid premium yaşayış kompleksi “Renessans Palace” növbəti binasını təmirə təhvil verib. Sayca ikinci korpusda yerləşən mənzillərin açarları sahiblərinə təqdim olunub. Şirkətdən Trend-ə verilən məlumata görə, açarların təqdimatı üçün “Renessans Palace” yaşayış kompleksində rəsmi və bədii hissədən ibarət xüsusi tədbir keçirilib. Təqdimatda çıxış edən “AS Qrup İnvestment” nümayəndələri təmir üçün yaradılan şəraitdən və mənzil sahiblərinin təmir zamanı əməl etməli olduqları şərtlər barədə informasiya veriblər. Şirkət nümayəndələri ilə görüşən sakinlər öz suallarını ünvanlayıb onları maraqlandıran məsələlər barədə ətraflı məlumat alıblar.