Səyyar ASAN xidmət davam edir


Digərləri 25 İyn 2018 13:22:40 234 0

Səyyar ASAN xidmət davam edir

Səyyar ASAN xidmət davam edir

Bakı. Səyyar ASAN xidmət davam edir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, səyyar ASAN xidmət 29 may - 27 iyun Xudat şəhərində, 30 may - 28 iyun Qazax şəhərində, 4 iyun – 3 iyul Qax şəhərində, 19 – 30 iyun Zirə qəsəbəsində, 19 iyun – 3 iyul Daşkəsən və Tərtər şəhərində, 19 iyun – 7 iyul Lerik şəhərində, 25 iyun – 4 iyul Hökməli qəsəbəsində, 27 iyun – 26 iyul Kürdəmir və Lənkəran şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir: Notariat fəaliyyəti; Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı; Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;