Oğuzda 3 tona yaxın narkotik məhv edildi FOTO


Digərləri 25 İyn 2018 13:13:00 242 0

Oğuzda 3 tona yaxın narkotik məhv edildi  FOTO

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bayan kəndi ərazisində əkin sahələrinin kənarında ümumi çəkisi 2 min 900 kiloqram olan 8400 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub.

Həmin çətənə kolları Oğuz RPŞ əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib.


Xəbərə aid fotolar