Türkiyədə keçirilən seçkilərdə əslən azərbaycanlı namizəd də qalib gəlib


Siyasət 25 İyn 2018 13:04:00 270 0

Türkiyədə keçirilən seçkilərdə əslən azərbaycanlı namizəd də qalib gəlib

Şamil Ayrım qalib gəlib

İyunun 24-də Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində əslən azərbaycanlı Şamil Ayrım qalib gəlib. Şamil Ayrım XXI çağırış İstanbul millət vəkili olmuşdu.

Son.az Trend-ə istinadən bildirir ki, komitə sədri Fuad Muradov Şamil Ayrımla əlaqə saxlayıb, onu təbrik edib və əməkdaşlıq imkanları müzakirə olunub.

Türkiyəli millət vəkili bildirib: "Biz daim Türkiyəni və Azərbaycanı güclü görmək arzusundayıq. Mən bundan sonrakı fəaliyyətimdə də ölkələrimiz arasında əlaqələrin inkişafı üçün çalışacağam. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı davam etdirəcək, Türkiyədəki azərbaycanlıların qayğılarını diqqətdə saxlayacağam. Təbii ki, Qarabağın azadlığı bizim ən böyük arzumuz və məqsədimizdir. Bu yöndə də əlimdən gələni etməyə hazıram".

Şamil Ayrım millət vəkili kimi ölkəmizə ilk səfəri zamanı Fuad Muradovla görüşəcəyini də bildirib.