Perunun kapitanı son matçda meydana çıxmayacaq


İdman 25 İyn 2018 13:07:00 313 0

Perunun kapitanı son matçda meydana çıxmayacaq

Peru millisinin hücumçusu Cefferson Farfan dünya çempionatının qrup mərhələsində Avstraliyaya qarşı matçı buraxacaq. Goal.az xəbər verir ki, təcrübəli futbolçu zədə səbəbindən meydana çıxmayacaq .

"Hər kəsə salam. Dəstəyinizə görə təşəkkür edirəm. Şənbə günü baş verənlər çox ağır oldu. İndi stabil vəziyyətdəyəm və ailəmin yanındayam. Son oyunda komanda yoldaşlarıma kömək etmək istəsəm də, bu mümkün deyil. Milli komandanı yalnız xəstəxanadan dəstəkləyə biləcəm. Komanda, əminəm ki, bizi sevindirəcəksən" - Farfan İnstagram səhifəsində yazıb.

Qeyd edək ki, Perunun qrupda qalacağı artıq dəqiqləşib.