Xorvat məşqçi Sampaoli haqda: "Ləyaqətsiz"


İdman 25 İyn 2018 12:27:00 469 0

Xorvat məşqçi Sampaoli haqda: "Ləyaqətsiz"

"Çox təəssüf ki, Sampaoli oyundan sonra məni təbrik etmədi. Mən qalib və ya məğlub olmağımızdan asılı olmayaraq, heç vaxt həmkarımla görüşmədən meydanı tərk etmərəm".

Goal.az-ın məlumatına görə, bunu Rusiya mətbuatına açıqlamasında Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç deyib.

DÇ-2018-in 2-ci turunda Argentinaya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra rəqib baş məşqçinin ona qarşı hörmətsizlik etdiyini bildirən Daliç həmkarını ləyaqətsizlikdə günahlandırıb: "Oyundan əvvəl Sampaoliyə Xorvatiya yığmasının formasını hədiyyə etmişdim. Ümid edirəm ki, bu hədiyyə onun yaddaşında əbədi qalacaq. Qələbə münasibətilə rəqibi təbrik etmək üçün ləyaqətli olmaq lazımdır. Sampaoli bunu etmədi və gözümdən düşdü. Bu hərəkətindən sonra onu böyük məşqçi saymaq olmaz".