Braziliyalı futbolçu dünya çempionatında çıxışını başa vura bilər


İdman 25 İyn 2018 12:28:00 329 0

Braziliyalı futbolçu dünya çempionatında çıxışını başa vura bilər

Braziliya milli komandasının futbolçusu Duqlas Kosta zədə səbəbindən dünya çempionatının qalan oyunlarında iştirak etməyə bilər. Goal.az xəbər verir ki, 28 yaşlı hücumçunun bərba prosesi 20 gün çəkəcək. 

Kosta E qrupunun II turunda Kosta-Rika ilə oyun zamanı sağ budundan xəsarət alıb. Braziliya yığmasının tibbi heyəti oyunçunun iyunun 27-də Moskvada Serbiya yığmasına qarşı iştirakını istisna edib. 

Qeyd edək ki, Kosta-Rika ilə oyun Braziliyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Pentakampeonlar" hazırda qrup mərhələsində 4 xalla İsveçrə ilə birgə ilk 2 yeri bölüşür.